» » Tovuzda bir ailəyə dəhşətli sürpriz

Tovuzda bir ailəyə dəhşətli sürpriz

Bölmə: Sosial
Tovuzda bir ailəyə dəhşətli sürpriz
Yemək və çay qaşığı və qayçı...

Tovuzun Aşağı Quşçu kənd sakini Rahib Kazımov atasının qəbri ətrafında təmizlik işləri apararkən tapdığı əşyalar onu təəccübləndirib.

Xalqinfo.az Xəzər TV-yə istinadən məlumatına görə, R.Kazımovun müraciət etdiyi insanlar əşyaların cadu olduğunu bildiriblər.

İndiyə qədər ailəsinin heç kimlə ədavəti olmadığını deyən Rahib Kazımov cadu ilə bağlı məlumatsız olduğunu deyib.

Cadunun nə üçün basdırıldığı da onun üçün müəmmalı olaraq qalır.

Atası Qoca Kazımov 3 il əvvəl dünyasını dəyişib. Rahib Kazımov deyir ki, əvvəllər həyətlərində belə bir hala rast gəlməyib. Ona da maraqlı olan odur ki, cadu niyə məhz atasının qəbri ətrafına basdırılıb.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler