» » Azərbaycanlılar Nyu-Yorkda keçirilən yürüşdə iştirak ediblər -

Azərbaycanlılar Nyu-Yorkda keçirilən yürüşdə iştirak ediblər - Fotolar

Bölmə: Sosial, GÜNDƏM
Azərbaycanlılar Nyu-Yorkda keçirilən yürüşdə iştirak ediblər -
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 36-cı Türk Günü və Festivalı çərçivəsində türk xalqlarının Manhettendə izdihamlı yürüşü təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Xalqinfo.az-a verilən məlumata görə, ABŞ-dakı türk cəmiyyətləri tərəfindən təşkil olunmuş yürüşdə Türkiyənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın, Türk-Amerika Dərnəkləri Federasiyasının sədri Atilla Pak, Federasiyanın sədr müavini, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti və Amerika-Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Nadiya Zöhrə Şərifi və digər cəmiyyətlərin rəhbərləri, üzvləri iştirak ediblər.

Nadiya Zöhrə Şərifi tədbirdə çıxış edərək dünyada yaşayan 200 milyona yaxın türkün 50 milyonundan çoxunu Azərbaycan türklərinin təşkil etdiyini vurğulayıb. O, hər il yürüş keçirməklə dünyaya, bütün türklərə birlik mesajı verdiklərini deyib:

“Gəlin yaxın olaq, bir olaq və birlikdə güclü olaq. Çünki biz güclü olsaq, bütün türk millətləri güclü olacaq. Bizim qardaşlığımız və birliyimiz davamlı olsun. Yaşasın Azərbaycan! Yaşasın türk millətləri!”.

Yürüşə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Krım türkləri də qatılıb. Amerikada yaşayan Azərbaycan cəmiyyətinin üzvləri yürüşdə iştirak edərək Azərbaycan və türk bayraqlarını dalğalandırıblar. Manhettendə Madison prospektindən başlayan yürüş BMT-nin mənzil-qərargahı qarşısında sona çatıb.

Qeyd edək ki, Amerika türklərinin bayram kimi qeyd etdiyi Türk Günü Yürüşü Amerikadakı türk cəmiyyətlərinin birlik və bərabərlik rəmzi kimi dəyərləndirilir.

Azərbaycanlılar Nyu-Yorkda keçirilən yürüşdə iştirak ediblər -
Azərbaycanlılar Nyu-Yorkda keçirilən yürüşdə iştirak ediblər -
Azərbaycanlılar Nyu-Yorkda keçirilən yürüşdə iştirak ediblər -
Azərbaycanlılar Nyu-Yorkda keçirilən yürüşdə iştirak ediblər -
Azərbaycanlılar Nyu-Yorkda keçirilən yürüşdə iştirak ediblər -
Azərbaycanlılar Nyu-Yorkda keçirilən yürüşdə iştirak ediblər -
Azərbaycanlılar Nyu-Yorkda keçirilən yürüşdə iştirak ediblər -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler