» » 59 evə ziyan dəyib, 550 ha sahə məhv olub -

59 evə ziyan dəyib, 550 ha sahə məhv olub - Ağdamda tufan

Bölmə: Sosial
59 evə ziyan dəyib, 550 ha sahə məhv olub -
Mayın 21-də ölkə ərazisində baş verən qeyri-sabit hava şəraiti Ağdam rayonuna ziyan vurub.

Xalqinfo” xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, rayon ərazisində dolu yağıb, tufan olub: “Hadisə nəticəsində rayonun 4 kəndinə - Əhəmdağalı, Çəmənli, Zəngüşalı və Aşağı Qərvənd kəndlərinə gedən 2 ədəd 35 kilovoltluq elektrik xətləri qırılıb və kəndlərə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Dərhal əraziyə xüsusi briqadalar göndərilib. Kəndlərə gedən elektrik xətləri bərpa olunaraq kəndlərin fasiləsiz elektrik enerjisi ilə təzhizatı təmin edilib”.

İcra başçısı bildirib ki, yağış və dolu rayon ərazisindəki əkin sahələrinə də ciddi ziyan vurub:

“Təxminən 200 hektar pambıq, 150 hektar arpa, 200 hektar tərəvəz sahəsi məhv olub. 250 hektar buğda, 100 hektar tərəvəz sahəsinə isə ziyan dəyib”.

İcra başçısı bildirib ki, ilkin məlumata görə, rayonun 4 kəndində evlərə də ziyan dəyib: “Hadisə nəticəsində Çəmənli kəndində 49, İmanqulubəyli kəndində 6 ev, Quzanlı qəsəbəsində isə iki evə ziyan dəyib. Həmçinin, rayonun Təzəkənd kəndi ərazisində iki məcburi köçkün evinə qismən ziyan dəyib. Dolu nəticəsində rayon ərazisində 10 elektrik transformatoru yanıb. Onlardan 4-ü dərhal təmir edilərək əhalinin istifadəsinə verilib. Subartezian quyuları üçün istifadə olunan 6 transformator isə hazırda təmir edilir”.

İcra başçısı bildirib ki, hazırda ərazidə komissiya tərəfindən araşdırmalar aparılır və dəymiş ziyan müəyyənləşdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler