» » 430 avtobus hazırdır...

430 avtobus hazırdır...

Bölmə: Sosial
430 avtobus hazırdır...
IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimində biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna eləcə də mərasim bitdikdən sonra müəyyən olunmuş istiqamətlərə (metronun "Qara Qarayev", "Gənclik" və "20 Yanvar" stansiyaları yaxınlığındakı dayanacaqlara) daşınmasına cəlb edilən 430 ədəd avtobus artıq İctimai Nəqliyyat Terminalına toplanıb.

Bakı Nəqliyyat Agentliyindən daxil olan xəbərə görə, sürücülərin tibbi müayinəsi və digər zəruri prosedurlar yekunlaşdıqdan sonra daşınma prosesinə start veriləcək.

Məlumat üçün bildirək ki, tamaşaçıların daşınması saat 17:00-dən 20.00-dək davam edəcək. Bakı Nəqliyyat Agentliyi ekspres xətt avtobuslarından istifadə edəcək biletli tamaşaçılardan vaxtında metronun "Qara Qarayev", "Gənclik" və "20 Yanvar" stansiyaları yaxınlığındakı dayanacaq məntəqələrinə gəlmələrini xahiş edir.

430 avtobus hazırdır...
430 avtobus hazırdır...
430 avtobus hazırdır...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler