Bakı-Ankara reysi bu qadına görə təxirə salındı - FotolarBu gün saat 16-da Bakıdan Ankaraya uçmalı olan təyyarə reysi təxirə salınıb. “Xalqinfo” xəbər verir ki, bu barədə Musavat.com-a həmin reyslə Türkiyənin paytaxtına uçmalı olan sərnişinlərdən biri məlumat verib. Redaksiyay fotoşəkillər də göndərən oxucunun sözlərinə görə, reysin təxirə salınmasının səbəbi, daha dəqiqi, səbəbkarı bu şəkildə görünən qadındır. Bütün sərnişinlər yerində oturduqdan sonra təyyarə uçuşa hazrlanarkən bu qadın qəfildən fikrini dəyişib və uçmaq istəmədiyini bildirib. Qadın xəstə olduğunu, həyatında ilk dəfə təyyarəyə mindiyini, özünü pis hiss etdiyini və uçuşa dözə bilməyəcəyini deyib. Ona ilk tibb yardım göstərilib və müayinə olunub. Güman olunur ki, qadında aerofobiya (təyyarədə uçmaqdan patoloji qorxu) varmış və o, indi üzə çıxıb. Bununla belə, beynəlxalq reyslərdə uçuşun təhlükəsizliyinə məsul olan şəxslər qadının son anda uçmaq istəməməsini ciddi qarşılayıblar. Qaydalara görə, əgər kimsə təyyarəni uçuşdan bir az öncə tərk edərsə, bütün sərnişinlər də təyyarəni tərk etməli, yüklər boşaldılmalı, təyyarə diqqətlə yoxlanılmalıdır. Həmin prosedurun həyata keçirilməsinə başlanılıb və bu, reysin iki saat gecikməsinə səbəb olub. Hazırda sərnişinlər və yüklər təkrar yoxlamadan keçirilir. Öz növbələrində həkimlər də xəstəni müayinə edərək yekun qərara gəliblər ki, qadın ürək xəstəsidir və uçuşla bağlı aşırı həyəcan onun həyatı üçün təhlükəli ola bilər. Güman olunur ki, Bakı-Ankara reysi üzrə uçuş saat 18-də baş tutacaq. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|