» » Qanunsuz parkinq yerlərini niyə qanuniləşdirirlər? -

Qanunsuz parkinq yerlərini niyə qanuniləşdirirlər? - Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR
Qanunsuz parkinq yerlərini niyə qanuniləşdirirlər? -

Paytaxtın küçələrində yeni avtodayanacaqlara ehtiyac var. Heç kim buna şübhə etmir. Ancaq əvvəllər avtomobillərin saxlanılması qəti qadağan olunan hissələr nəyə görə indi parkinq ərazilərinə çevrilir?

Day.az-ın məlumatına görə, Əhməd Cavad küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsindən Axundov bağına qədər və Murtuza Muxtarov küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsinə qədər olan hissədə dayanma və durmanı qadağan edən nişanlar götürülür. İndi buralarda maşınların park edilməsi qanuniləşdirilib.

Adətən dayanma və durmanı qadağan edən nişanları nəqliyyat yükü çox olan küçələrdə quraşdırırlar ki, maşınların hərəkətində maneələr yaranmasın.

Qanunsuz parkinq yerlərini qanuniləşdirmək nə dərəcədə məntiqlidir?

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Xüsusi təyinatlı avtonəqliyyat idarəsinin rəisi Həsən Abdullayevlə əlaqə saxlayıb.

Onun sözlərinə görə, Bakının mərkəzi küçələrində yol polisi ilə birlikdə dayanma və durmanı qadağan edən nişanlar götürülüb, həmin yerlərdə pullu dayanacaqlar yaradılıb.

"Məsələ burasındadır ki, mərkəzi küçələrdə yaşayan insanlar müraciət ediblər. Onlar qadağanedici nişanlar ucbatından maşınlarını öz pəncərələrinin altında park edə bilmirlər. Biz də vətəndaşların müraciətlərini nəzərə aldıq. Həmin ərazidə yaşayan sakinlərə aylıq 15 manatlıq kupon təqdim edilir", - o əlavə edib.

İdarə rəisinin sözlərinə görə, artıq Bakıda 400-ə yaxın parkomat quraşdırılıb. Parkomatların sayının 1000-ə çatdırılması nəzərdə tutulub.

Qanunsuz parkinq yerlərini niyə qanuniləşdirirlər? -
Qanunsuz parkinq yerlərini niyə qanuniləşdirirlər? -
Qanunsuz parkinq yerlərini niyə qanuniləşdirirlər? -
Qanunsuz parkinq yerlərini niyə qanuniləşdirirlər? -
Qanunsuz parkinq yerlərini niyə qanuniləşdirirlər? -
Qanunsuz parkinq yerlərini niyə qanuniləşdirirlər? -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler