» » İmişlidə iki min illik məzar tapılıb -

İmişlidə iki min illik məzar tapılıb - VİDEO

Bölmə: Sosial
İmişlidə iki min illik məzar tapılıb -
İmişlidə antik dövrə aid dəfinə aşkarlanan ərazidə AMEA-nın Arxeologiya İnstitutunun əməkdaşları qazıntı işləri aparır.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki,bir müddət əvvəl İmişli rayonunun Qızılkənd kəndi ərazisində yerləşən Zilitəpədə eramızdan əvvəl IV əsrə - Makedoniya çarlığı tərəfindən buraxılan, üz tərəfindəki təsvirin Makedoniyalı İsgəndərə aid olduğu güman edilən 9 ədəd gümüş draxmanın tapılması ərazidə arxeoloji qazıntıların aparılmasını zəruri edib.

Ərazidən antik dövrə aid olan maddi-mədəniyyət nümunələrinin tapılması Zilitəpə adlanan yerdə hələ 2500 il öncə mədəniyyətin və ticarət əlaqələrinin olmasından xəbər verir. Hazırda arxeoloqlar tərəfindən 4 hektar ərazidə tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri Akif Quliyevin dediyinə görə, İmişli sakini tərəfindən aprelin 11-də Qızıltəpə ərazisindən Makedoniyalı İsgəndərin dövrünə aid gümüş sikkələr tapılandan sonra AMEA-nın mütəxəssisləri əraziyə ezam olunub və əraziyə baxış keçirilib.

İmişli arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevin bildirdiyinə görə, qazıntılar zamanı tapılan qədim məzarda insan skeleti ilə yanaşı, saxsı məmulatlar və heyvan sümükləri də aşkar edilib. Bu da onu sübut edir ki, ərazidən qədim zamanlarda yaşayış məntəqəsi kimi istifadə olunub. Zilitəpənin əlverişli təbiətə malik olması da burada insanların məskunlaşmasına şərait yaradıb.

Qeyd edilir ki, zaman-zaman ərazidə müxtəlif vaxtlarda İmişli sakinləri tərəfindən antik dövrə aid olan çoxlu sayda müxtəlif əşyalar aşkar edilib. Əşyalar içərisində III minilliyə aid qılınc dəstəyi, ox ucluqları, həmçinin saxsıdan hazırlanmış fit çalan alət, un üyüdən daş, dolçalar, çıraq və bir sıra saxsı məişət əşyaları da var. Sakinlər tərəfindən qorunub saxlanılan antik əşyalar AMEA əməkdaşlarına təhvil verilib.

Ekspedisiyanın rəhbəri Mikayıl Mustafayev qeyd edir ki, tapılan əşyalar ərazinin qədim dövr yaşayış məskəni olduğunu sübut etsə də, bölgə arxeoloqlar tərəfindən tarixi-arxeoloji baxımdan az tədqiq olunan və öyrənilən ərazidir. Ümumiyyətlə, Zilitəpədən başqa İmişli ərazisində Muxurtəpə, Qızıltəpə və Bəhrəmtəpə kimi tarixi abidələrin qədim zamanlardan bir-biri ilə sıx əlaqəsinin olması buranın qədim yaşayış məskəni olduğunu göstərir.





Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler