» » Bakının yeni Baş planı üzərində işlər yekunlaşır

Bakının yeni Baş planı üzərində işlər yekunlaşır

Bölmə: Sosial
Bakının yeni Baş planı üzərində işlər yekunlaşır
“Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi” üzərində aparılan işlər yekunlaşmaq üzrədir”.

Xalqinfo.az xəbər verir ki, bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Ağamirzə Canmirzəyev bildirib.

Aparat rəhbəri qeyd edib ki, yaxın vaxtlarda bu barədə məlumat veriləcək:

“Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin ictimai müzakirəsi zamanı aidiyyəti dövlət orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin layihəyə dair təklif və tövsiyələri nəzərə alınaraq layihədə müvafiq düzəlişlər aparılıb. Hazırda layihənin tamamlanması üzrə işlər başa çatmaq üzrədir”.

Modern.az-ın məlumatına görə, həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni plan üzrə aparılıb.

Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib.

Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Yeni Baş Plan - “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək dövrü əhatə etməlidir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler