» » Orta aylıq əməkhaqqının məbləği açıqlandı

Orta aylıq əməkhaqqının məbləği açıqlandı

Bölmə: Sosial, İqtisadiyyat
Orta aylıq əməkhaqqının məbləği açıqlandı
2017-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 515,8 min nəfər olub.

Xalqinfo.az Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 889,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 626,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2017-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9% artaraq 514,3 manat olub.

Komitədən bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, tikinti, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler