» » "McDonalds"dakı qidalar təhlükə mənbəyidirmi?

"McDonalds"dakı qidalar təhlükə mənbəyidirmi?

Bölmə: Sosial
"McDonalds"dakı qidalar təhlükə mənbəyidirmi?

Belə məhsullar sağlamlıq üçün qəbul olunmuş qidalanma standartlarını kobud şəkildə pozur
"McDonalds" restoranlar şəbəkəsi gənclərin ən çox getdiyi istirahət məkanlarından biridir. İnkişaf etmiş dünya ölkələrində kasıb təbəqə üçün bu "sürətli qidalanma restoranı" nədənsə, ölkəmizdə bahalı, lüks yer kimi təqdim olunur. Mətbəxində daha çox "fast food"lara yer ayıran və yeməklərin tərkibindəki bəzi qatqılara görə, dünyanın əksər dövlətlərində qadağan olunan "McDonalds" ölkəmizdə hələ də liderliyini əldən vermək istəmir. Son zamanlar isə bu şəbəkə haqqında saysız-hesabsız neqativ xəbərlər eşidirik. Mütəxəssislər hesab edir ki, orada insanlara təqdim olunan yeməklər həddən artıq keyfiyyətsizdir. Amma buna baxmayaraq, gənclərin, xüsusilə də uşaqların ora axınının qarşısını almaq mümkün deyil. Lakin fast food-ların insan orqanizminə nə qədər ziyanı olduğunu hər kəs bilməlidir. Bunun üçün insanlar arasında maarifləndirmə işi aparılmalıdır.

Qiymətlərə gəlincə, həddən artıq yüksəkdir. Qiymətlə keyfiyyət bir-birinə ziddir. Lakin buna baxmayaraq, insanlar pulundan keçərək "McDonalds" restoranlar şəbəkəsinə üz tuturlar.

Sosioloqların sözlərinə görə, "McDonalds" restoranlar şəbəkəsində yeməyin tərkibinə qatılan bəzi inqridientlərə görə, dünya ölkələrinin əksəriyyətində ona qadağa qoyulub. Çünki həmin yeməklərin tez hazırlanması üçün tərkibinə çox sayda inqridientlər daxil edilir. Həmin maddələr də orqanizm üçün təhlükəli hesab olunur.

Qeyd edək ki, son zamanlar "McDonalds" restoranlar şəbəkəsi ilə bağlı son zamanlar mətbuatda ziddiyyətli fikirlər dolaşır. Bəzi mətbuat orqanları Bakıda 5 yerdə fəaliyyət göstərən restoranlar şəbəkəsinin yaxın zamanlarda bağlanacağını, bəziləri isə əksinə, "McDonalds"ların fəaliyyətinin genişlənəcəyini bildirir.

Qeyd edək ki, "McDonalds"da orqanizmə təhlükə yaradacaq yeməklərin verilməsi ilə bağlı xəbər yayılmışdı. Həmin xəbərə görə, bu restoranların yeməklərinin hazırlanmasında genetik modifikasiya olunmuş (GMO) ərzaqdan və tez hazırlandığı üçün konservləşdirilmiş təhlükəli məhsullardan istifadə olunur. Bu isə restoranın xidmətindən istifadə edənlər arasında ağır fəsadlara gətirə bilər. Xəbərdə o da bildirilir ki, bu qidalar insanlarda sonsuzluq, qan xərçəngi, vərəm və digər ağır xəstəliklərə rəvac verir, odur ki, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu restoranların fəaliyyəntinin dayandırılması qərarı verilib.

Digər tərəfdən, paytaxtdakı "McDonalds" restoranlarının birinə bomba qoyulması ilə bağlı yayılan həyəcanlı xəbər restorana gələn müştəriləri qorxuya salmışdı.

Məlumat üçün bildirək ki, ilk dəfə Amerikada açılan "McDonalds" restoranları Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir, rayonlarda bu tip restoranlar açılmayıb. Amerika həyat tərzini, o cümlədən iaşə və qidalanma mədəniyyətini təbliğ edib yaymaq üçün dünyanın bir çox ölkələrində "McDonalds"lar açılıb. Azad cəmiyyətin simvolu sayılan "McDonalds"ın 120 ölkədə 17 minədək restoranı var. Bu restoranlar, necə deyərlər, ayaqüstü qidalanmaq üçündür və təcili yemək (fəst-fud) hazırlayır. Belə yeməklər elə də baha olmur.

Ekspertlər genetik dəyişdirilmiş məhsulların kökəlmə, sonsuzluq kimi xəstəliklərə səbəb olduğunu bildirirlər: "McDonalds" arzuolunmaz qidalarla insanların genetikasında dəyişikliklərə yol açır. Əksər ölkələrdə tez hazırlanan qidalara qarşı kampaniya başlayıb. Buna görə də "McDonalds"ın fəaliyyətini tənqid edənlərin sayı artır. Fəst-fud yeməkləri insan orqanizmi üçün çox ziyanlıdır, belə məhsullar piylənmə mənbəyidir, sağlamlıq üçün qəbul olunmuş qidalanma standartlarını kobud şəkildə pozur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler