» » Türkiyədə Heydər Əliyevlə bağlı tədbir - Bakıdan icra başçısı və nümayəndə heyəti getdi

Türkiyədə Heydər Əliyevlə bağlı tədbir - Bakıdan icra başçısı və nümayəndə heyəti getdi

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Türkiyədə Heydər Əliyevlə bağlı tədbir - Bakıdan icra başçısı və nümayəndə heyəti getdi
Xətai rayon İcra Hakimiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər davam edir.

"Xalqinfo"ya daxil olan məlumata görə, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Xətai rayon bələdiyyəsinin sədri Əliyar Əliyev, rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovun da daxil olduğu nümayəndə heyəti Xətai rayonu ilə qardaşlaşmış Türkiyənin Tarsus şəhərində təşkil olunacaq təntənəli tədbirdə iştirak etmək üçün qardaş ölkədə səfərdədir.

Tədbir 9 may 2017-ci il tarixdə Türkiyə vaxtı ilə saat 16:00-da Tarsus şəhərindəki Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil olunacaq.

Türkiyədə Heydər Əliyevlə bağlı tədbir - Bakıdan icra başçısı və nümayəndə heyəti getdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler