» » Azərbaycana qanunsuz yolla gətirilən rus araqları buraxılmadı

Azərbaycana qanunsuz yolla gətirilən rus araqları buraxılmadı

Bölmə: Sosial
Azərbaycana qanunsuz yolla gətirilən rus araqları buraxılmadı

Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz yolla ölkəmizə gətirilən küllü miqdarda spirtli içkilər aşkar edilərək götürülüb.

Aksiz Baş Gömrük İdarəsinin rəisi, general - mayor Ehtiram Xəlilov açıqlamasında idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu xeyli miqdarda spirtli içkilərin gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olduğunu deyib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Aşırov Rövşən Aşır oğlunun idarə etdiyi “Mercedes Benz Sprinter” markalı, “90-VU-566” dövlət nömrə nişanlı sərnişin mikroavtobusuna baxış zamanı həmin nəqliyyat vasitəsindən sərnişin qismində əyləşmiş İsmayılov Faiq Aydın oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “Kremlin Avard” və “Talka” araqları aşkar edilərək götürülüb.

Faktla bağlı Aksiz Baş Gömrük İdarəsində araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler