» » Bakının mərkəzində sakinləri zorla evlərindən çıxarırlar

Bakının mərkəzində sakinləri zorla evlərindən çıxarırlar

Bölmə: Sosial
Bakının mərkəzində sakinləri zorla evlərindən çıxarırlar
Süleyman Rüstəm küçəsi 193 (köhnə 69) ünvanında yaşayan sakinlərə bu gün, sözün əsl mənasında, divan tutuldu. Sakinlərin yaşadıqları mənzilə güc yolu ilə daxil olan tikinti şirkətinin işçiləri onların əşyalarını çölə ataraq təhqir ediblər.

Xalqinfo.az xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olub, sakinlərlə görüşmüşdü.

Sakinlərin sözlərinə görə, ərazidə bina “Rifah Plaza” şirkəti tərəfindən tikilir. Şirkət ötən ilin dekabrından ərazidə söküntü işlərinə başlayıb.

Sakinlərdən Sədaqət Hüseynovanın sözlərinə görə, onlara heç bir kompensasiya təklif edilməyib: “Mən bu vəziyyətdə güclə uşaq saxlayıram. Ötən ilin dekabrında bura polis gətirdilər. Biz polis idarəsinə zəng vurduq, dedilər, xəbərimiz yoxdur. Sonra bəzi sakinləri qorxudaraq razılıq aldılar. Bəzisi vəzifəsinə, bəzisi işinə görə geri çəkilməli oldu. Fevral ayında gəlib qazımızı kəsdilər. Ətrafda yaşayanlar inandı ki, dövlət layihəsidir, razılaşdılar. Bu şəxslərin heç bir sənədi yoxdur. Gəlib bizim evlərimizə sahib çıxdılar”.

Digər sakin Dilavər Osmanovanın sözlərinə görə, ərazidə 27 ildir ki, yaşayır: “Yanvar ayında evimin ətrafını sökməyə başladılar. Deyirlər, evləriniz qəzalıdır. Bizim evlərimiz qəzalı olmayıb. Bu evdən iki qız köçürmüşəm, heç bir şikayətim olmayıb. Gəlib qonşunun suyunu kəsdilər, bütün gecəni su doldu zirzəmiyə evim bərbad vəziyyətə düşdü. Bizə deyirlər ki, 4 aydır sizi kim eşidib ki, indi eşitsinlər. Deyirik ki, Mehriban xanıma şikayət edəcəyik, deyirlər elə bu saat o sizi eşitdi. Odun yandırırıq şəhərin mərkəzində”.

Sakinlər bildirir ki, onlara kompensasiya təklif edilmir, sadəcə kirayə üçün pul təklif edilir: “Deyirik ki, niyə bizi evimizdən edirsiniz. Deyirlər ki, torpaqlarınızı qoyub gəlməyəydiniz. Biz Qərbi Azərbaycandanıq və öz torpaqlarımızı öz xoşumuzla qoyub gəlməmişik. Bizi təhqir edirlər”.

Əvvəllər ərazidə 16 ailə yaşayırmış, hazırda burada 9 ailə yaşayır.

Bu gün isə şikayətçi Sədaqət Hüseynovanın evinə daxil olaraq əşyalarını çölə atıb, evi dağıtmağa başlayıblar.

Biz hadisə yerinə çatanda evin əşyaları çölə tökülmüşdü. Sakinlər ağlayır, qışqırır, şirkətin nümayəndələri ilə mübahisə edirdilər.

Qeyd edək ki, şirkətin nümayəndələrindən biri əməkdaşımızın iş görməsinə mane olaraq, ətrafdakılara kameranı alıb sındırmağı tapşırıb. Əməkdaşımız anında jurnalistin işinə mane olduğu üçün 102 xidmətinə müraciət edib.

Evindən çölə atılan Sədaqət Hüseynova bildirib ki, məhkəməyə müraciət edib: “Mənə məhkəmədən bildirdilər ki, əşyalarımın çölə atılaraq, mənə aid mülkün sökülməsi qanunsuzdur. Yəni şirkət nümayəndələri qanunsuz olaraq evimi söküblər. Polisə müraciət edəcəyəm. Cinayət işi açılacaq. Mən öz evimi istəyirəm”.

Xatırladaq ki, dünən evi sökülən S. Hüseynova azyaşlı övladı ilə xalasının evinə sığınıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler