» » “Bakı Marafonu-2017”nin kişi və qadınlar üzrə qalibləri müəyyənləşib -

“Bakı Marafonu-2017”nin kişi və qadınlar üzrə qalibləri müəyyənləşib - Siyahı

Bölmə: Sosial, Mədəniyyət, GÜNDƏM
“Bakı Marafonu-2017”nin kişi və qadınlar üzrə qalibləri müəyyənləşib -
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”nin kişilər və qadınılar üzrə qalibi məlum olub.

Xalqinfo.az-ın məlumatına görə, marafonda kişilər arasında1-ci yeri 30 yaşlı Türkiyə vətəndaşı Veysi Aslan, 2-ci yeri Yürkiyə vətəndaşı Üzeryir Söylemez, 3-cü yeri isə Rusiya vətəndaşı Dimana Vladislav, qadınlar üzrə isə 1-ci yeri Türkiyə vətəndaşı Yayla Kılıç, 2-yeri Ukrayna vətəndaşı Valentina Paltavskaya, 3-cü yeri isə İran vətəndaşı Pelissa Aran tutub.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonu keçirilib.

Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.

"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler