» » 10 yaşlı azərbaycanlı erməni idmançını məğlub etdi -

10 yaşlı azərbaycanlı erməni idmançını məğlub etdi - Foto

Bölmə: Sosial, Idman
10 yaşlı azərbaycanlı erməni idmançını məğlub etdi -
“Məqsədim qızıl medal qazanmaq idi. Əvvəl gürcü idmançını məğlub etdim. Sonra erməni idmançı ilə qarşılaşdım. O məndən həm hündür, həm də çəkidə ağır idi. Əvvəl qorxdum, amma sonra hücum taktikası ilə ona qalib gəldim. Çox sevinirəm”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri “Report”a müsahibəsində Tbilisidə keçirilən Tayboksinq üzrə beynəlxalq yarışın qalibi, 10 yaşlı Dəniz Tural oğlu Quliyev söyləyib.
Qeyd edək ki, çempionatda Azərbaycan, Gürcüstan, İran, Türkiyə, İraq və Ermənistandan olan uşaq və yeniyetmə idmançılar mübarizə aparıblar. Marneuli rayonunun Yuxarı Saral kənd sakini, 10 yaşlı Dəniz Quliyev 23 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O yarımfinalda gürcü idmançıya qalib gəlib. Finalda isə özündən boyda xeyli hündür və 27 kiloqram çəki dərəcəsində olan Ovanes Arutunyan ilə qarşılaşıb. Gərgin keçən mübarizə nəticəsində Dəniz rəqibi üzərində parlaq qələbə qazanıb. Dəniz Quliyev çempionatın qızıl medalına sahib olub.

Yuxarı Saral kəndindən olan 3-cü sinif şagirdi Məmmədəli Quliyev də çempionatın qızıl medalını qazanıb.


www.xalqinfo.az

10 yaşlı azərbaycanlı erməni idmançını məğlub etdi -
10 yaşlı azərbaycanlı erməni idmançını məğlub etdi -
10 yaşlı azərbaycanlı erməni idmançını məğlub etdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler