» » "Heç zaman kreditə avtomobil almamışam" Hacı İbrahim Nehrəmli

"Heç zaman kreditə avtomobil almamışam" Hacı İbrahim Nehrəmli

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
"Heç zaman kreditə avtomobil almamışam" Hacı İbrahim Nehrəmli

Ölkə mətbuatında “Avesta Concern” şirkətinin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus avtomobilin bank tərəfindən hərraca çıxarılması ilə bağlı xəbər yayılıb.


Gununsesi.info saytının məlumatına görə, Hacı İbrahim Nehrəmliyə məxsus “Rolls Royce” markalı avtomobil kreditdə olub. Bildirir ki, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına Azərbaycanda hansısa bankda kreditlə götürüb:

“Avtomobili almaq üçün 900 min dollar bankdan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb”,- deyə məlumatda qeyd olunur.

Hacı İbrahim Nehrəmli isə barəsində yazılan bu xəbəri təkzib edib.

Xalqinfo.az xəbər verir ki, o, musavat.com-a bildirib ki, heç zaman kreditlə avtomobil almayıb:

“Mənim banka nə borcum, nə kreditim, nə də onlardan hər hansı bir alacağım olmayıb. “Rolls Royce” markalı qara avtomobilim də hazırda evdədir. Yayılan məlumat tamamilə yalandır. Camaatın deyəsən işi gücü qurtarıb. Banka sorğu versinlər, görsünlər mənim onlara borcum var, yoxsa yox… Heç zaman kreditə avtomobil almamışam. Kreditlə avtomobil almaq olmaz. Eləcə də heyvandarlıq kimi sahələrdə də kreditlə iş görmək olmaz. Kreditlə bu işləri görürsənsə, axırı olmur. Tikintidən başqa kredit götürməklə digər işləri qurmaq çətindir. Misal üçün, qoyunu satıb, kreditə vermək olmaz. Avtomobilə gəlincə isə burada da kreditə girdinsə, qiymətin iki qatını banka qaytarırsan. Ona görə də çətindir. “Rolls Royce”u da 2008-ci ildə nağd şəkildə almışam”.


www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler