» » "Əsas problemimiz nəqliyyatı idarə etməkdir"

"Əsas problemimiz nəqliyyatı idarə etməkdir" Ərşad Hüseynov

Bölmə: Sosial
"Əsas problemimiz nəqliyyatı idarə etməkdir"
Bu gün Azərbaycanda ümumi avtomobilləşmə səviyyəsi 15% təşkil edir. Təxminən hər 9 adama 2 avtomobil düşür. Bakıda isə bu göstərici 25%-dir.

Xalqinfo.az “Report”-a istinadən xəbər verir ki, bunu hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib.

“Elə avtomobillər var ki, onlar ümumi istifadəyə yararlı deyil. Biz Avropadakı səviyyəyə çatsaq, vəziyyət necə olar? Orada bu göstərici 60% təşkil edir. Bizim əsas problemimiz nəqliyyat çoxluğu deyil, nəqliyyatı idarə etməkdir.

Sürücü, piyada, yol hərəkətini təşkil edənlər və s. şəxslərin bilik və davranışları lazımi səviyyəyə çatdırılmalıdır. Yol infrastrukturu, nişanlar, işıqforlar, yol üzərindəki xətlər, yolötürücüləri, körpülər və s. qaydasında olmalıdır. Nəqliyyat parkı, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Xüsusən də əlverişli nəzarət həyata keçirilməlidir”, - deyə ekspert əlavə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler