» » Xırdalanda bir evin iki sahibi çıxdı

Xırdalanda bir evin iki sahibi çıxdı

Bölmə: Sosial
Xırdalanda bir evin iki sahibi çıxdı
Gülsüm Əhmədova adlı qadın ötən il Xırdalan şəhərində mənzil alıb, amma hələ də rahatlıqla orada yaşaya bilmir. Çünki o, mənzili aldıqdan sonra başqa bir qadın mənzilin ona məxsus olduğunu iddia edib.

Xalqinfo.az Xezerxeber.az-a istinadən məlumat verir ki, Gülsüm Əhmədovanın Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı olmasına baxmayaraq, Ali Məhkəmə onun evdən çıxarılmasına qərar verib.

Gülsüm Əhmədova deyir ki, 27 min manata aldığı mənzilin ona məxsus olduğunu sübut edən çıxarışı “ASAN xidmət”dən alıb. Buna rəğmən Səadət adlı qadın evin sahibini bir neçə dəfə məhkəməyə verib. Ən son Ali Məhkəmənin verdiyi qərar onu təəccübləndirib.

Ekspert Xəyal Bəşirov isə deyir ki, hazırkı sənədlərə əsasən, ev Gülsüm Əhmədovanın mülkiyyəti hesab edilir.

Məhkəmələrdə iddia qaldıran Səadət adlı qadın mənzilin məhz ona məxsus olduğunu təsdiq edən sənədin əslinin özündə olduğunu, Gülsüm Əhmədovanın isə fərdi yaşayış evini çıxarışın surəti ilə aldığını bildirib. Amma qanunvericiliklə bu, mümkün deyil.

Əgər Gülsüm Əhmədova aldadılaraq çıxarışın surəti ilə mənzilə sahib olubsa, o, vicdanlı alıcı hesab edilir. Mülki qanunvericilikdə isə vicdanlı alıcının mənzildən çıxarılması yolverilməzdir. Bununla belə, mütəxəssislər əmlak alarkən sənədləşdirməyə ciddi nəzarət yetirməyi tövsiyə edirlər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler