» » Bakıda 11 əsas yolla bağlı layihə hazırlanır

Bakıda 11 əsas yolla bağlı layihə hazırlanır

Bölmə: Sosial
Bakıda 11 əsas yolla bağlı layihə hazırlanır
Bakıda 11 əsas yolda mövcud olan problemlərin aradan qaldırılması üçün layihələrə başlanılacaq.

"Xalqinfo" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AzərTAC-a açıqlamasında deyib.

O bildirib ki, “Bakıda yolların optimallaşdırılması” layihəsində 11 əsas yol götürülüb ki, bunlar Bakıda ana xətti təşkil edən yollardır. Bu yollarda mövcud olan problemlər tam olaraq təhlil edilib, bu yollarla kəsişən və nəqliyyatı bu yollara aparan digər yollarda hərəkətin bütün konflikt nöqtələri analiz edilib. Nəqliyyat vasitələrinin tıxacının aradan qaldırılması ilə bağlı problemlərin aradan qaldırılması əlaqədar həll yolları təqdim olunub.

M.Ağayevin sözlərinə görə, “Road&Traffic 2017” sərgisi çərçivəsində aprelin 27-si təqdim edilən “Yol1” layihəsi Tbilisi prospekti ilə bağlıdır. Tbilisi prospekti boyunca 5 kəsişmə nöqtəsində problemlər var ki, günün pik saatlarında tıxacların yaranmasına səbəb olur. Bu problemlərə dayanacağın düzgün yerləşdirilməməsi, nəqliyyat vasitəsinin yanacaqdoldurma məntəqəsindən birbaşa ana yola çıxması, Tbilisi prospektindən əks istiqamətə - 20 Yanvar dairəsi istiqamətinə gedərkən dönmə adacığının ölçüsünün genişləndirilməsi, işıqforların düzgün qoyulmaması və sair daxildir. Bütün bunlar “Yol1” layihəsi yekunlaşdıqdan sonra öz həllini tapacaq.

M.Ağayev qeyd edib ki, bu məsələlərlə bağlı layihə hazırlanıb, müvafiq qurumlara təqdim olunub, müsbət rəy alınıb və sabahdan sözügedən ərazidə işlər görüləcək, həmçinin layihə ictimaiyyətə təqdim olunacaq. Tbilisidə layihə yekunlaşdıqdan sonra digər “Yol2”, “Yol3”, bir sözlə yerdə qalan 10 layihənin icrasına başlanılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler