» » Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bölmə: Sosial
Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu axşam saat 22:00-dan etibarən Bakı şəhəri Xətai rayonu, Nobel prospekti (Yusif Səfərov küçəsindən “Ağ şəhər”in qarşısınadək və geriyə) və Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əliyar Əliyev küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Xalqinfo.az xəbər verir ki “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olan məlumata görə, bu tədbir Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində icra olunacaq.

“Görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq. “Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir”, - deyə məlumatda qeyd edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler