» » Bakı mağazalarında ərzaq qıtlığı

Bakı mağazalarında ərzaq qıtlığı

Bölmə: Sosial
Bakı mağazalarında ərzaq qıtlığı
Bakının topdansatış və pərakəndə ərzaq mağazalarında Rusiya istehsalı olan məhsulların qıtlığı yaşanır.

Xalqinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb Dağıstanda ötən ayın sonundan etibarən “TIR” sürücülərinin “Platon sistemi”inə etiraz olaraq başladıqları tətildir.

Xatırladaq ki, Azərbaycandan qonşu ölkəyə və geriyə yük daşıyan “TIR”-ların Dağıstandan hərəkətinin çətinləşməsi Rusiya ilə Azərbaycan arasında ərzaq, kənd təsərrüfatı məhsullarının idxal və ixracında ciddi problemlər yaradıb.

Nəticədə ölkəni Rusiya, Ukrayna və Belarus ərzaq məhsulları, gündəlik tələbat malları ilə təmin edən firmaların çoxu fəaliyyətlərini dayandırıblar.

Son günlər Şimali Qafqazda “TIR” sürücülərinin, yükdaşıma şirkətlərinin tətilləri dayandırdığı haqda xəbərlər var. Dağıstanda isə “TIR” sürücülərinin tətili hazırda qismən səngisə də davam etməkdədir. Xəbərlərə görə, Azərbaycan dövlət nömrə nişanlı “TIR”-lar polis avtomobillərinin müşayiəti ilə Dağıstan ərazisindən hərəkət edir. Lakin belə görünür ki, sürücülərin bir çoxu dağıstanlı sürücülərin hücumuna məruz qalmamaq üçün səfərlərini dayandırıb. Çünki Bakının topdansatış və parakəndə ərzaq mağazalarında Rusiya mallarının qıtlığı açıq-aşkar müşahidə olunmaqdadır.

Qeyd edək ki, Dağıstanda “TIR” sürücüləri martın 27-dən bəri “Platon sistemi”inə etiraz olaraq tətil keçirirlər. Dağıstanlı sürücülər Azərbaycan dövlət nömrə nişanlı “TIR”-ların da sürücülərini zorla öz aksiyalarına cəlb etməyə çalışdıqlarına görə, onların hərəkətini əngəlləyib, hücuma məruz qoyub, hətta yük maşınlarını yandırıb və özlərinə atəş açıblar. Bu zaman sürücülərdən döyülənlər və yük maşınları yandırılanlar da olub. Sürücülərin sözlərinə görə, etirazçılar onları hədələyərək “darıxmayın, geri qayıdanda gününüzü görəcəksiniz” deyirlər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler