» » Sənəd qəbulu mayın 1-də başa çatır

Sənəd qəbulu mayın 1-də başa çatır

Bölmə: Sosial
Sənəd qəbulu mayın 1-də başa çatır
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu may ayının 1-də başa çatır.

"Xalqinfo"ya verilən məlumata görə, nazirliyin Müsabiqə Komissiyası bildirir ki, kadr korpusunun şəffaf üsullarla yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil gənc mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə mart ayının 10-dan etibarən elan olunmuş növbəti müsabiqədə iştirakla bağlı 600-dən çox namizəd ərizə təqdim edib.

Komissiya tərəfindən ərizə qəbulunun may ayının 1-də başa çatdırılması və müsabiqədə iştirak edən hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında hazırlıq kursunun başlanılması qərara alınıb.

Xatırladılır ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün namizədin Nazirliyə internet səhifəsindən (www.justice.gov.az) müvafiq elektron ərizə ünvanlaması kifayətdir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler