» » Güclü külək bəzi rayonları işıqsız qoyub

Güclü külək bəzi rayonları işıqsız qoyub

Bölmə: Sosial
Güclü külək bəzi rayonları işıqsız qoyub
Cənub bölgəsində güclü külək səbəbindən onlarla kəndə elektrik enerjisinin verilməsində problem yaranıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün gecədən başlayan güclü külək davam edir.

Küləyin elektrik təsərrüfatına vurduğu ziyan nəticəsində Masallının Qızılavar, Bədəlan, Kolatan, Türkoba, Lənkəranın Zövlə, Sparadi, Cil və daha bir neçə kəndinin elektrik təchizatında fasilə yaranıb. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Güclü külək Quba rayonunda da bir sıra fəsadlar törədib.

Report-un məlumatına görə, gecə saat 02:50-dən başlayan külək rayonun bir sıra ərazilərində problemlər yaradıb.

Belə ki, küləyin sındıraraq aşırdığı çinar ağacları Quba-Xaçmaz yolunun bir çox hissələrində nəqliyyat vasitələrinin hərəkətinə maneçiliklər törədib. Nəticədə hərəkətdə olan avtomobillər yolda qalmalı olublar.

Bununla yanaşı, Quba rayonuna verilən elektrik enerjisinin də nəqli dayandırılıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler