» » Suya təzə qiymət qoyulur

Suya təzə qiymət qoyulur

Bölmə: Sosial
Suya təzə qiymət qoyulur

Hesablama Palatası sənaye, kommunal-məişət və digər məqsədlər üçün sudan pullu istifadə xidmətlərinin tariflərinin müəyyənləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.

Tarif (Qiymət) Şurasının “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən göstərilən sudan pullu istifadə xidmətlərinin tarifləri barədə” qərarına əsasən suvarma suyunun hər min kubmetri 0,50 manat, qış otlaq sahələrinə və örüşlərə verilən suyun 1 hektarı üzrə 0,40 manat təsdiq edilib.

Lakin sənaye, kommunal-məişət və digər məqsədlər üçün Tarif (Qiymət) Şurası tərəfindən müvafiq tarif təsdiq edilməyib. Qeyd edilən məqsədlər üçün istifadə edilən suyun tarifləri təsdiq edilmədiyindən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin yerli strukturları tərəfindən göstərilən sudan pullu istifadə xidmətlərinin tarifləri sərbəst müəyyən edilir ki, bu da mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli strukturlarında aparılan nəzarət tədbiri zamanı müəyyən edilib ki, bəzi suvarma sistemləri idarələri sudan istifadə edənlər birliklərinin xidmət göstərdiyi ərazilərdən kənarda olan sənaye, kommunal-məişət və digər məqsədlər üçün sudan istifadəçilər ilə birbaşa müqavilə bağlayaraq, onlara hər min kubmetr suya müxtəlif tariflər müəyyən edərək su satışını həyata keçiriblər. Belə vəziyyət respublikanın müxtəlif ərazilərində yerləşən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli strukturları tərəfindən göstərilən sudan pullu istifadə xidmətlərinin tariflərinin fərqli müəyyən edilməsinə səbəb olmaqla, vahid tarif siyasətinin həyata keçirilməsinə imkan vermir və yerlərdə tariflərin müəyyən edilməsində subyektiv amillərə şərait yaradır. Göstərilənləri nəzərə alaraq, Hesablama Palatası “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən göstərilən sudan pullu istifadə xidmətlərinin tariflərinin (sənaye, kommunal-məişət və digər məqsədlər üçün) Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasında baxılmasını məqsədəuyğun hesab edib (APA).

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler