» » “Azəriqaz” “Azəristiliktəchizatı” borca görə məhkəməyə verdi

“Azəriqaz” “Azəristiliktəchizatı” borca görə məhkəməyə verdi

Bölmə: Sosial
“Azəriqaz” “Azəristiliktəchizatı” borca görə məhkəməyə verdi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə müraciət edərək “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmə iddiası qaldırıb.

Xalqinfo.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, “Azəriqaz” əks tərəfdən istifadə etdiyi təbii qaza görə yaranmış borcun ödənilməsini tələb edib.

1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin qəbul etdiyi qətnamə ilə iddia təmin edilib və “Azəristiliktəchizat”ın üzərinə borcu ödəmək öhdəliyi qoyulub.

Lakin cavabdeh tərəf qərarla razılaşmayıb və apellyasiya şikayəti verib.

Hazırda iş üzrə Bakı Apellyasiya Məhkəməsində proses davam etdirilir. İşə hakim Elmira Nağıyeva sədrlik edir. Növbəti iclas aprelin 25-də keçiriləcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler