» » İslam Oyunları günlərində tələbələr dərsdən azad olunacaq?

İslam Oyunları günlərində tələbələr dərsdən azad olunacaq?

Bölmə: Sosial
İslam Oyunları günlərində tələbələr dərsdən azad olunacaq?
İslam Oyunları keçirilən ərəfədə tələbələrin dərsdən azad olunacağı ilə bağlı məlumatlar yayılıb. Tələbələrdən bir neçəsi “Qafqazinfo”ya müraciət edərək oyunların keçirildiyi 10 gün ərzində paytaxtda baş verəcək sıxlığın qarşısının alınması məqsədilə belə bir addım atılacağını iddia edirlər.

Məsələni dəqiqləşdirmək üçün bir neçə ali məktəblə əlaqə saxlanılıb. Azərbaycan Pedaqoji Universitetinin Mətbuat Xidmətinin rəhbəri Mənsum İbrahimov bildirib ki, İslam Oyunları keçirilən ərəfədə tələbələrin guya, 10 gün müddətinə dərsdən azad olunacağı ilə bağlı yayılan məlumatalar həqiqəti əks etdirmir: “Oyunların keçirildiyi ərəfədə də universitetdə tədris prosesi adi qaydada davam edəcək”.

Azərbaycan Texniki Universitetinin Mətbuat Xidmətinin rəhbəri Nicat Abdullayev universitetdə belə bir halın olacağını düşünmür: “Çünki İslam oyunları dərs vaxtına düşür və universitet olaraq bizim üçün öncə tədris prosesidir. Bundan əlavə, tələbələrin hər hansı bir məsələ ilə bağlı dərslərdən azad edilməsi universitetin səlahiyyətində deyil. Bu, rəsmi bir prosedurdur və bunun üçün müafiq icra strukturlarının qərarı olmalıdır. Tələbələrimiz dərslərlə paralel olaraq ictimai fəaliyyətlərini davam etdirərək, digər mötəbər tədbirlərdə olduğu kimi İslam oyunlarında da ölkəmizi layiqincə təmsil edəcəklər”.

Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova da yayılan məlumatların doğru olmadığını vurğulayıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler