» » Şahdağ Milli Parkında uçqun -

Şahdağ Milli Parkında uçqun - Yol bağlanıb

Bölmə: Sosial
Şahdağ Milli Parkında uçqun -
Aprelin 17-də , səhər saat 4 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Vəndam meşəbəyliyinin 2 saylı dolayında, Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyində yolun sol hissəsində uçqun baş verib. Hadisəyə səbəb bölgəyə yağan intensiv və güclü yağışlar olub.

Xalqinfo” xəbər verir ki, dərhal Milli Parkın əməkdaşları hadisə yerinə cəlb olunub və araşdırma aparılıb. İlkin məlumatlara görə uçqunun əhatə etdiyi ərazi yoldan 50-60 metr hündürlükdə olmaqla təxminən 4 sota yaxın meşə ilə örtülü olmayan ərazini əhatə edir. Hadisə ilə bağlı aidiyyəti üzrə məlumat verilib. Hazırda müvafiq qurumlar tərəfindən yolun bağlanmış hissəsinin açılması məqsədilə təmizləmə işləri aparılır.

Əraziyə nəzarət olunması üçün Şahdağ Milli Parkının işçiləri tərəfindən növbətçilik təşkil olunub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler