» » Ağdamda məktəbdə bomba həyəcanı -

Ağdamda məktəbdə bomba həyəcanı - Bir nəfər tutuldu

Bölmə: Sosial
Ağdamda məktəbdə bomba həyəcanı -
Ağdamda məktəb binasına bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.

Ağdam Rayon Polis Şöbəsindən “Report”a verilən məlumata görə, naməlum şəxs Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən 18 saylı məktəb binasına bomba qoyulması və bir necə dəqiqədən sonra partlayacağı barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xətinə məlumat verib.

Zəng edən şəxs iddia edib ki, məktəbə bombanı dövlət nömrə nişanı olmayan qara rəngli avtomobildən düşən 3 nəfər qoyub.

Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Ağdam rayon sakini, hazırda Bərdə rayonunda müvəqqəti məskunlaşan 44 yaşlı Aslanov Elburus Teymur oğlu olması müəyyən edilib.

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elburus Aslanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler