» » Siqaret alan yeniyetmələrdən şəxsiyyət vəsiqəsi tələb olunacaq

Siqaret alan yeniyetmələrdən şəxsiyyət vəsiqəsi tələb olunacaq

Bölmə: Sosial
Siqaret alan yeniyetmələrdən şəxsiyyət vəsiqəsi tələb olunacaq
Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının (siqaret) satışı, eləcə də tütün ticarətinə cəlb edilməsi qadağan edilir.

Bütün satış məntəqələrində tütün məmulatlarının satışı zamanı yaş həddinin müəyyənləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq.

Xalqinfo.az xəbər verir ki, bu barədə APA-ya istinadən xəbər verir.

Məlumata görə, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində göstərilir ki, yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışı, alınması və ya verilməsi, tütün məmulatlarından hər hansı üsulla istifadənin təklif olunması və ya tələb edilməsi yolu ilə tütün istifadəsi prosesinə uşaqların cəlb olunması qadağan edilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler