» » Bakıdan Sumqayıta gediş-gəliş rahatlaşacaq

Bakıdan Sumqayıta gediş-gəliş rahatlaşacaq

Bölmə: Sosial
Bakıdan Sumqayıta gediş-gəliş rahatlaşacaq
Sürücülər Sumqayıtdan çəkilən alternativ yolla Bakıətrafı qəsəbə və kəndlərə, eləcə də hava limanına rahat gedə biləcəklər.

Xalqinfo.az xəbər verir ki, Xəzər TV-yə istinadən məlumatına görə, söhbət Novxanı-Pirşağı avtomobil yolundan gedir.

Yeni yolun bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Hazırda yolun geniş ərazisində asfaltlanma və piyada səkilərinin tikintisi işləri aparılır. Ümumilikdə 115 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yol boyu 50 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub.

Tikinti işləri bitdikdən sonra ərazidə yol nişanları quraşdırılacaq, nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, bu il istifadəyə verilməsi nəzərdə tutulan yolun çəkilməsi paytaxtda sıxlığın azalmasına və sürücülərin daha az məsafə qət etmələrinə səbəb olacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler