» » Əcnəbilər daha çox onları övladlığa götürür... -

Əcnəbilər daha çox onları övladlığa götürür... - Video

Bölmə: Sosial
Əcnəbilər daha çox onları övladlığa götürür... -
Azərbaycanda əcnəbilər əsasən fiziki qüsurlu uşaqları övladlığa götürür.

"Xalqinfo" XezerXeber.az-a istinadən xəbər verir ki, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin göstəricilərinə görə övladlıq uşaq üçün müraciətlər əsasən ABŞ, Fransa, Almaniyadan olur. Son illərdə isə Rusiya və Türkiyədən müraciətlər də artıb.

Ancaq əlil uşaqların övladlığa götürülmə halları bir sıra şübhələrə də səbəb olur. Həmin ailələr öz ölkələrində əlil uşaq tapmırmı? Yaxud da övlad sahibi olmaq istəyərkən niyə əlili seçirlər? Bənzər suallar uşaqları orqan alverinin qurbanına çevrilmə ehtimalını gündəmə gətirir. Ancaq komitə rəsmisi deyir ki, uşaqlar övladlığa verildikdən sonra da unudulmur. Onlar nəzarətdə saxlanılır və mütəmədi olaraq əlaqə saxlanılır. Hətta ildə bir dəfə həmin uşaqlarla bağlı məlumatlar əldə edilir.

Uşaqlar övladlığa verilməzdən öncə həmin ailə ətraflı sürətdə araşdırırlır. Daha sonra həmin namizəd ailə qeydiyyata alınır. Müraciətə uyğun uşaq olan kimi o, ailəyə təqdim edilir. Əlil uşaqlardan bir çoxu övladlığa götürüldüyü valideynlərinin səyləri nəticəsində sağlamlığına qovuşur.

Komitə rəsmisi əlil uşaqlara marağın digər səbəbini onların övladlığa verilməsinin daha asan olması ilə əlaqələndirir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler