» » Azərbaycan Alimlərinin I Qurultayının vaxtı dəqiqləşib

Azərbaycan Alimlərinin I Qurultayının vaxtı dəqiqləşib

Bölmə: Sosial
Azərbaycan Alimlərinin I Qurultayının vaxtı dəqiqləşib

Bakı. Gülnar Bəşirova - apa. Bu il dekabrın 19-da Bakıda Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən apa-ya verilən məlumata görə, AMEA Rəyasət Heyətində təşkil olunan müşavirədə AMEA prezidenti, akademik Akif Əlizadə qurultayın tədbirlər planından bəhs edib.

O bildirib ki, planda işçi qrupunun yaradılması, yerli və xarici qonaqların müəyyənləşdirilməsi və onlarla müvafiq işlərin aparılması, qurultayın redaksiya heyəti və katibliyinin müəyyənləşdirilməsi və digər məsələlər yer alır.

Bundan əlavə, tədbirdə çıxış edəcək alimlərin məruzələrinin toplanması və “Azərbaycan alimlərinin I qurultayının materialları” adlı kitabın hazırlanması da nəzərdə tutulur. Qurultayın dövlət səviyyəsində təşkili məqsədi ilə ölkə rəhbərliyinə müraciət də ediləcək.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən azərbaycanlı alimlər, həmçinin respublika üzrə bütün elm və təhsil müəssisələrindən nümayəndələr iştirak edəcəklər. Qurultay Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler