» » Cocuq Mərcanlıdan son - Fotolar

Cocuq Mərcanlıdan son - Fotolar

Bölmə: Sosial, GÜNDƏM
Cocuq Mərcanlıdan son - Fotolar
Cabrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni evlərin tikintisi işləri sürətlə apatılır.

Xalqinfo” “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, kəndə hazırda yeni yol çəkilir. Qəzet yazır ki, kənddə tikiləcək 50 ev və məktəb binası üçün nəzərdə tutulmuş ərazi tamam başqa mənzərə alıb. Xarabalıqdan əsər-əlamət yoxdur.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Cocuq Mərcanlı kəndinin tikintisi üzrə baş texniki nəzarətçisi İlham Həşimov deyib ki, inşaat işlərinə 30-a yaxın texnika, 145-dən çox işçi cəlb edilib. Tikinti işləri səhər 08:00-dan axşam 18:00-a qədər davam edir. Bəzi hallarda işlər gecə saatlarında da görülür. Çünki beton töküldükdə iş yarımçıq saxlana bilməz. Artıq 14 evin dəmir-beton tavanı qoyulub. Digər evlərdə hörgü, 96 şagirdlik məktəb binasının zirzəmisində suvaq işləri, su xətlərinin çəkilişi aparılır. Həftəsonu 40 evin hörgüsü tam başa çatacaq.

İlham Həşimovun sözlərinə görə, may ayının sonuna qədər 50 evin, məktəb binasının tikintisi, qaz və elektrik xətlərinin tam çəkilişi başa çatacaq. Qeyd edək ki, birinci mərhələdə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Kənddən çıkilən son fotoları təqdim edirik:

Cocuq Mərcanlıdan son - Fotolar
Cocuq Mərcanlıdan son - Fotolar
Cocuq Mərcanlıdan son - Fotolar
Cocuq Mərcanlıdan son - Fotolar
Cocuq Mərcanlıdan son - Fotolar
Cocuq Mərcanlıdan son - Fotolar
Cocuq Mərcanlıdan son - Fotolar
Cocuq Mərcanlıdan son - Fotolar
Cocuq Mərcanlıdan son - Fotolar
Cocuq Mərcanlıdan son - Fotolar
Cocuq Mərcanlıdan son - Fotolar
Cocuq Mərcanlıdan son - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler