» » Masazır və Ramanada məcburi köçkünlər üçün yeni binalar tikilir

Masazır və Ramanada məcburi köçkünlər üçün yeni binalar tikilir

Bölmə: Sosial, İqtisadiyyat
Masazır və Ramanada məcburi köçkünlər üçün yeni binalar tikilir
Bakı və digər şəhərlərdə qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlərin köçürülməsi üçün Masazır və Ramana qəsəbələrində dörd binanın tikintisinə başlanılıb.

Xalqinfo.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir:

“Bu yaxınlarda Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edib. Müşavirədə konkret tapşırıqlar verildi ki, Bakı şəhərində və digər şəhərlərdə qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlər mütləq köçürülməlidir. Bu istiqamətdə Mehriban xanım Əliyevanın tapşırığı əsasında işlər gedir. Artıq ilkin olaraq Masazır qəsəbəsində üç beşmərtəbəli binanın, Ramana qəsəbəsində bir beşmərtəbəli binanın tikintisinə başlanılıb. Hazırda bu istiqamətdə geniş iş aparılır. Qəzalı vəziyyətdə olan binalarda yaşayan insanlar qısa müddətdə yeni mənzillərə köçürüləcəklər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler