» » Yüzlərlə tarixi abidə aşkarlandı-

Yüzlərlə tarixi abidə aşkarlandı- Video

Bölmə: Sosial
Yüzlərlə tarixi abidə aşkarlandı-
20 illiyi qeyd edilən “Əsrin müqaviləsi” ilə reallaşan “Bakı-Tiflis–Ceyhan” neft və cənub qaz dəhlizi qaz kəmərləri dəhlizində tikinti işləri ilə yanaşı həm də arxeoloji qazıntılar da aparılıb.

ANS TV-nin məlumatına görə, bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasına ayrılan maliyyə vəsaiti hesabına Respublikanın bütün bölgələrində arxeoloji tədqiqat işləri görülüb. Həm Respublika, həm də Beynəlxalq Qanunvericiliyə uyğun olaraq hər bir tikinti işlərindən əvvəl həmin ərazidə qazıntı işləri aparılır. Ətraf mühit və aləm öyrənilir.

Tədqiqatlar zamanı yüzlərlə abidələr aşkar edilib. Aşkar edilən bu arxeoloji tapıntılar Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın qədim tarixinin öyrənilməsi üçün mühüm mənbələrdir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun müdir müavini Nəcəf Müseyibli qeyd edir ki, 2001 və 2002 –ci illərdə elmə məlum olmayan 41 sahədə arxeoloji tətqiqatlar aparılmışdır.

“Eradan əvvəl IV minilliyin əvvəllərindən orta əsrlərə qədərki bir dövrdə, təxminən VI minillik bir dövrə aid müxtəlif tibb abidələri aşkar edilib. Son zamanda aparılan arxeoloji tətqiqadtlar Azərbaycanda arxeologiya elimin qonşu ölkəkərə nisbətən daha sürətlə inkişaf etdiyini göstərir”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler