» » Eşşək ətini niyə yemək olmaz?

Eşşək ətini niyə yemək olmaz?

Bölmə: Sosial
Eşşək ətini niyə yemək olmaz?
Son zamanlar xəbər saytlarında və sosial şəbəkələrdə yoxa çıxan 5 min eşşəklə bağlı bir çox versiyalar səslənir.

Bir çoxları elə düşünürlər ki, bu heyvanlar kəsilərək əti dönərxanalara, kolbasa sexlərinə təhvil verilib.

Xalqımız arasında da eşşəyin ətinin yeyilməz olduğu birmənalı şəkildə qəbul edilib. Bəs görəsən, eşşək ətini yemək olarmı?

Xalqinfo.az xəbər verir ki, baku.ws saytı bu məsələni araşdırıb.

Hal-hazırda ölkəmizdə eşşək əti qida kimi istifadə olunmur. Amma eşşəklərin kəsilməsi və ətinin satılması da qanunla qadağan edilmir. Sadəcə olaraq, istehlakçıların aldanmaması üçün satılan ətin eşşək əti olmasını qeyd etmək lazımdır.

Bəs dində eşşək əti yemək günahdırmı?

Bəzi dini mənbələrin bildirdiklərinə görə, zəhmətkeş ev heyvanı olan eşşəyin ətini yemək haram, yabanı eşşək əti isə halaldır.

Eşşək insanların yük daşımaq üçün istifadə etdikləri ilk heyvan olub. Bu bizim eradan çox əvvəllər baş verib. Bu heyvanlar ləng olsalar da atlardan çox dözümlü olduğu üçün uzun müddət qida və su tələb etmirlər. Eşşək kifayət qədər çirkli heyvan sayıldığı üçün bir çox xalqlar tərəfindən qida kimi istifadə olunmur. Buna baxmayaraq çinlilər, koreyalılar, həmçinin də Afrika və Amerikanın bir çox yerli xalqları arasında eşşək ətini xeyirli və dadlı ət kimi qəbul edirlər.

Eşşək əti qırmızı ətlərdən – mal, qoyun və hətta toyuq ətinə ən yaxşı alternativ hesab olunur. O çox qidalandırıcıdır və tərkibində müxtəlif xeyirli yağlar var. Eşşəklər bir çox heyvanlardan müxtəlif xəstəliklərə qarşı daha dözümlü olurlar. Bu ətdə yağ miqdarı kifayət qədər az, zülal miqdarı isə çoxdur. O dəmir, kalium, maqnezium, fosfor, sinklə zəngdir. Amma tərkibində xolesterinin miqdarı kifayər qədər çox olduğu üçün onun dietoloji keyfiyyətini aşağıdır. Eşşək ətinin 100 qr-ı 143 kkal-dir.

Dietoloq Tutu Zeynalova ilə əlaqə saxlayaraq eşşək ətinin sağlamlığa nə dərəcədə zərərli olduğunu soruşduq. O, eşşək ətinin birmənalı olaraq qida üçün yararlı olmadığını bildirib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler