» » Azərbaycan təhsilində yeni sistem

Azərbaycan təhsilində yeni sistem

Bölmə: Sosial
Azərbaycan təhsilində yeni sistem
Bakı Ali Neft Məktəbi Azərbaycanın "Neuron Technologies" IT şirkətinin məhsulu olan təhsilin idarə olunması sistemini tətbiq etməyə başlayıb.

Xalqinfo.az xəbər verir ki, bunu Trend-ə şirkətin rəhbəri İsmayıl Ələkbərov deyib. Onun sözlərinə görə, söhbət çoxfunksiyalı platformadan gedir. Bunun üstünlüklərindən həm ali təhsil müəssisələrinin tələbələri, həm də müəllimlər yararlana biləcək.

İ.Ələkbərov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin müəllim heyəti üçün sistemin fəaliyyəti ilə bağlı treninqlər təşkil edilib.

Hazırda bu sistem Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət Gömrük Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında tətbiq olunur.

Şirkət rəhbərinin sözlərinə görə, təhsilin idarə olunması sistemi tədris mərkəzinin fəaliyyətini avtomatlaşdırmağa, dərslərdə iştirak qeydiyyatını aparmağa, elektron jurnalları tərtib etməyə imkan verir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler