» » Avtomobil bazarında nə alan var, nə də satan

Avtomobil bazarında nə alan var, nə də satan

Bölmə: Sosial, İqtisadiyyat
Avtomobil bazarında nə alan var, nə də satan
Bakının avtomobil bazarında vəziyyət günü-gündən daha acınacaqlı vəziyyətə düşür.

Xalqinfo.az xəbər verir ki, Baku.ws-in əməkdaşlarının apardığı müşahidələrdən aydın olub ki, bazara avtomobil satmağa çox az sayda adam gəlir.

Bir neçə ay əvvəl bazarda həftə sonu avtomobil həddən artıq çox olurdu. Ancaq son həftələr həm alıcıların, həm də satıcıların sayı kəskin azalıb.

Avtomobil bazarında yaranan bu durğunluğun əsas səbəbi dolların məzənnəsinin sabit olmamasıdır. Bununla yanaşı, dövriyyədə manat kütləsinin də azlığı bazarda alış-satışa mane olan əsas amillərdəndir.

Hazırda bazarda avtomobillər barter yolu ilə satılır. Mühərrikin həcmi, istehsal tarixindən asılı olaraq avtomobilini dəyişmək istəyənlər bazarda razılaşır və əlavə ödənişlə satışı həyata keçirir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler