» » Azərbaycanda Leninlə Nərimanovun “atılmış başları” tapıldı

Azərbaycanda Leninlə Nərimanovun “atılmış başları” tapıldı

Bölmə: Xəbər
Azərbaycanda Leninlə Nərimanovun “atılmış başları” tapıldı
Azərbaycanın İmişli rayonu ərazisində proletariatın dahi rəhbəri, keçmiş Sovet İttifaqı kimi ilk sosialist dövlətin əsasını qoymuş Vladimir İliç Leninin və onun silahdaşı olmuş Azərbaycanın ictimai-siyasi, dövlət xadimi Nəriman Nərimanovun atılmış abidələri tapılıb.

Modern.az saytı xəbər verir ki, İmişli rayonunun Bəcrəvan kəndi ərazisindəki çöllüyə atılmış həmin abidələr təsadüfən ova çıxmış rayon sakini Saleh Qafarlının rastına çıxıb. O, Leninin və Nərimanovun atılmış abidələrinin görüntüsünü mobil telefonunun yaddaşına köçürüb
Şəkildən göründüyü kimi, Lenin büstündən dahi rəhbərin “başı” qoparılıb.

Büstlərin haradan götürüldüyü və kimlərin gətirib onları çöllüyə atdığı barədə məlumat verilmir...

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler