» » Gəncədə tələbə qız pulsuz təhsil üçün atasından imtina edir

Gəncədə tələbə qız pulsuz təhsil üçün atasından imtina edir

Bölmə: Sosial
Gəncədə tələbə qız pulsuz təhsil üçün atasından imtina edir
Gəncədə yaşayan və Azərbaycan Texnologiya Universitetinin 2-ci kurs tələbəsi olan Züleyxa Əliyevanın valideynləri 10 il əvvəl ayrılıblar. 4 il öncə isə rəsmi şəkildə boşanıblar. Elə o vaxtdan ata ailə üçün heç bir qayğı göstərməyib. Tələbənin anasının sözlərinə görə, kemiş ailə başçısı heç alimenti də ödəməyib.

Xalqinfo.az xəbər verir ki, Züleyxa Əliyeva 1-ci kursda bütün qiymətləri əla olduğu üçün təhsil haqqından azad olunub. Bu il isə anasının 2-ci qrup əlil olması ilə bağlı imtiyazdan yararlanmaq istəyir.

Ailə bildirir ki, ata onsuz da 10 ildir ki, ortalıqda yoxdur. Övladına da heç bir qayğı göstərmir. Heç olmasa atalıq hüquqndan məhrum olsa, Züleyxa pulsuz təhsil ala bilər. Bu səbəbdən məhkəməyə də müraciət edilib.

Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əgər ata öz vəzifələrini yerinə yetirmirsə övlad ondan imtina edə bilər. Hüquqşünas deyir ki, hazırki vəziyyətdə də Züleyxa Əliyeva pulsuz təhsil imtiyazından yararlana bilər. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək lazımdır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler