» » Hər gün 800 uşağın canını alır

Hər gün 800 uşağın canını alır

Bölmə: Sosial
Hər gün 800 uşağın canını alır
Birləşmiş Millətlər Təşkilatı (BMT) içməli suyun önəmini nəzərə alaraq, içilə bilən su qaynaqlarının qorunması məqsədi ilə 22 mart tarixini "Dünya su günü" elan edib.

Xalqinfo.az Sputnik-ə istinadən xəbər verir ki, 1993-cü ildən bu günə kimi 24 ildir bu gün "Dünya su günü" kimi qeyd edilir.

Bu gün dünyada su problemi nə vəziyyətdədir?

1. Dünyada istifadə olunan suyun 80 faizi heç bir təmizləmə qurğularından keçirilməyərək təbiətə ötürülür;

2. Dünya əhalisinin çoxu yararsız sudan istifadə edir və bu su da bir çox xəstəliklərin mənbəyidir. Hətta uşaqların bu sulardan istifadə etməsi onların iflic olması ilə nəticələnir;

3. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il 843.000 insan çirkli su istifadəsi nəticəsində həyatlarını itirir;

4. 2050-ci ilə qədər inkişaf etmiş ölkələrin şəhərlərinin 70 faizində su qıtlığı yaranacaq. Bu problemin həlli olaraq çirklənmiş suların xüsusi qurğular vasitəsi ilə təmizlənərək yenidən istifadəyə verilməsi göstərilir;

5. UNİCEF-in məlumatına görə, hər gün 5 yaşına qədər 800 uşaq təmiz su istifadə edə bilmədiyi üçün dünyasını dəyişir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler