» » Emin Ağalarov Moskvada balaca Xoşqədəmi dəstəklədi - Fotolar

Emin Ağalarov Moskvada balaca Xoşqədəmi dəstəklədi - Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Emin Ağalarov Moskvada balaca Xoşqədəmi dəstəklədi - Fotolar
Rusiyanın NTV telekanalında ata-ana himayəsindən kənarda qalmış uşaqlar üçün hazırlanmış “Ты – супер” (“Sən supersən”) layihəsində Azərbaycandan 12 yaşlı Xoşqədəm Mehdiyeva iştirak edir.

Xalqinfo.az nüfuzlu “Cosmopolitan” jurnalına istinadən xəbər verir ki, martın 18-də, verilişin növbəti buraxılışının çəkilişləri zamanı balaca Xoşqədəmi dəstəkləmək üçün studiyaya iri çiçək dəstəsi ilə Emin Ağalarov təşrif buyurub.

Mənbə bildirir ki, Xoşqədəm bir il əvvəl ata-anasını itirib, lakin sınmayıb. Münsiflər heyəti çıxışı zamanı bu qızın gözündəki xoşbəxtliyi görərək, onu lazımınca dəyərləndirib – 3 münsif yaşıl düyməni basıb.

Emin Ağalarov çıxışından sonra Xoşqədəmə deyib: “Sən səhnəyə çıxıb oxumağa başlayana qədər bərk həyəcan keçirirdim. Amma oxumağa başladığında dərhal anladım ki, hər şey yaxşı olacaq! Sən artıq bizi öyrətmisən ki, xoşbəxtliyə, həyata inamı itirməmək mümkündür. Elə bir qüvvəyə sahibsən ki, hər şeyə rəğmən bu cür rəngarəng, gözəl çıxış edirsən”.

Emin Ağalarov Moskvada balaca Xoşqədəmi dəstəklədi - Fotolar
Emin Ağalarov Moskvada balaca Xoşqədəmi dəstəklədi - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler