» » Aydın Mirzəzadə Sumqayıt yolunda həlak olan tələbənin yaxınları ilə əlaqə saxlayıb

Aydın Mirzəzadə Sumqayıt yolunda həlak olan tələbənin yaxınları ilə əlaqə saxlayıb

Bölmə: Sosial
Aydın Mirzəzadə Sumqayıt yolunda həlak olan tələbənin yaxınları ilə əlaqə saxlayıb
“Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən avtobus qəzasında həlak olanlardan biri də Sumqayıt Dövlət Universitetinin tələbəsi Rəşad Canıyev idi. Rəşad ailədə iki bacının bir qardaşı idi, atası da ötən ilin aprelində vəfat edibmiş. Rəşadın ailəsinin telefon nömrəsini tapdım, onlara zəng edib, özümü təqdim etdim. Anası və bacısı ilə danışdım. Oğullarına görə başsağlığı verdim, bayramlarını təbrik etdim”.

"Xalqinfo"nun məlumatına görə, bu barədə sosial şəbəkədəki hesabında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə qeyd edib ki, bayram günündə onları yada salmağı özünə borc bilib: “Bakıda olmadıqlarını, şəhərə qırx mərasimindən sonra qayıdacaqlarını dedilər. Razılaşdıq ki, həmin zaman bir qrup deputatla onlara gələcəyik”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler