» » Bayram şənliklərinə getmək istəyənlərə məsləhət

Bayram şənliklərinə getmək istəyənlərə məsləhət

Bölmə: Sosial
Bayram şənliklərinə getmək istəyənlərə məsləhət
“Bakıda Novruz bayramına hazırlıq işləri gedir. Bayram günlərində paytaxtın mərkəzi yollarında və rayonlara gedən yollarda canlanma müşahidə olunacaq. Bu münasibətlə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib”.

"Xalqinfo" xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 9 gün qeyri-iş günü olması münasibətilə rayonlar istiqamətində hərəkət edən avtomobillərin sayının çox olmasını nəzərə alaraq yollarda xüsusi təhlükəsizik tədbirləri görülüb, polis əməkdaşlarının sayı artırılıb.

Şöbə rəisi sürücülərə xəbərdarlıq edib: “Bayram şənliklərinə qatılmaq istəyənlər əraziyə şəxsi avtomobillə gəlməyin mümkün olmadığını düşünməlidirlər. Yəni təhlükəsizliyin təmin edilməsi, şənlik iştirakçıları arasında asayişin qorunması məqsədilə bayram şənliklərinə şəxsi avtomobillə gəlməmək tövsiyə olunur. Növbəti günlərdə Gənclər meydanı, Qoşa qala qapısı, İçərişəhər, Qız qalası və ətrafı, Dənizkənarı Milli Park boyu bir-birindən fərqli bayram şənliklərin keçirilməsi nəzərdə tutulub. Tədbirlərə qatılmaq istəyənlər, iştirakçılar da çoxdur. Bayram şənliklərinə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il ölkəmizdə Novruz bayramı ilə əlaqədar martın 20, 21, 22, 23 və 24-ü qeyri-iş günləridir. Martın 18, 19, 25 və 26-sı şənbə və bazar günlərinə təsadüf etdiyindən iş olmayacaq. Beləliklə, qeyri-iş günlərinin sayı 9 gün olacaq. Martın 27-si isə iş günü hesab edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler