» » İcra başçısı yumurta döyüşdürdü -

İcra başçısı yumurta döyüşdürdü - Fotolar

Bölmə: Sosial
İcra başçısı yumurta döyüşdürdü -
Pirallahı rayonunda Novruz bayramı tədbirinə martın 17-də Gənclər Parkında start verilib.

Xalqinfo.az-ın məlumatına görə, bayramsayağı bəzədilmiş Parka daxil olan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni və digər qonaqları milli geyimli oğlan və qızlar bayram xonçası və səməni ilə qarşılayıblar. Bahar qız, Kosa və Keçəl bayram tədbirinə xüsusi rövnəq verirlər. Zurnaçalanlar dəstəsinin ifa etdiyi “Cəngi” sədaları altında Pirallahı idmançıları qonaqlara müxtəlif idman növlərinə aid nümunəvi çıxışlar nümayiş etdirirlər. Bir-birinin ardınca meydana daxil olan güləşçilər, karateçilər, samboçular, ağırlıq qaldıranlar, daş oynadanlar öz məharətlərini göstərirlər. Qol güləşdirənlərin və kəndir dartanların yarışı da maraqla qarşılanıb.

Qonaqları alqışlayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim edib və Rayon İcra Hakimiyyətinin Başçısı bayram tonqalını alovlandırdı.

Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər və digər bu kateqoriyadan olan insanların da qayğı ilə əhatə olunduğunu, bir çox ailələrə bayram sovqatı təqdim edildiyini, bugünkü bayram tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən icra başçısı bundan sonra da əlbir işləməklə cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin, xüsusən Pirallahının abad, inkişaf etmiş bir rayona, Bakı şəhəri üzrə birincilərdən birinə çevrilməsi tapşırığının birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə edib.

İcra başçısı yumurta döyüşdürdü -
İcra başçısı yumurta döyüşdürdü -
İcra başçısı yumurta döyüşdürdü -
İcra başçısı yumurta döyüşdürdü -
İcra başçısı yumurta döyüşdürdü -
İcra başçısı yumurta döyüşdürdü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler