» » Dözülməz baş və bədən ağrılarının

Dözülməz baş və bədən ağrılarının SƏBƏBİ

Bölmə: Sosial
Dözülməz baş və bədən ağrılarının
Bəzən insanlar bədənin müxtəlif hissələrində (qarın, əzələlər, ürək, qaraciyər nahiyəsi, bel və s.) əmələ gələn ağrılardan şikayətlənir.

Ağrılar sanki bədəndə "gəzir"- gah azalır, gah güclənir, gah da yox olur. Xəstə ağrıların konkret yerini göstərə bilmir, ağrıkəsici dərmanlar ona kömək etmir.

Belə xəstələr aylarla müxtəlif mütəxəssislərin yanında müayinələrdən keçir. Lakin ağrıların səbəbi və hətta konkret lokalizasiyası (yeri) təyin olunmur.

Bəzən belə xəstələr müxtəlif müalicələr də alır. Ancaq bu onların vəziyyətinə müsbət təsir etmir, ağrılar yenidən əmələ gəlir.

Rus həkim-nevroloq İzeta Eloyevanın sözlərinə görə, belə "gəzən", konkret olmayan və heç bir digər simptomlarla müşayiət olunmayan ağrıların səbəbi somatik xəstəlik deyil, nevroloji xəstəlikdir. Belə müəmmalı ağrılar depressiyanın, isteriyanın və bir çox digər nevroloji pozulmaların simptomudur. (Saglamolun.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler