» » Ağlamaq sağlamlığımız üçün yararlıdırmı?

Ağlamaq sağlamlığımız üçün yararlıdırmı?

Bölmə: Sosial, MARAQLI
Ağlamaq sağlamlığımız üçün yararlıdırmı?
Ağlamaq həmişə stress atmaq üçün yaxşı yol hesab olunub. Bəs elm bu haqda nə deyir?

Son zamanlaradək alimlər və yazıçılar ağlamaq haqqında fikir ayrılığına malikdirlər.

VI Kral Henry əsərində Shakespeare yazırdı, "ağlamaq, kədəri azaldır" və amerikalı yazıçı Lemony Snicket isə deyirdi, "vəziyyətiniz bir damcı dəyişməsə belə, ürəkdən və uzun ağlamağın insana yaxşı təsir etdiyinə bələdsinizsə, demək ki, son dərəcə şanslısınız".

Charles Darwin isə gözyaşardıcı prosesi, göz ətrafı əzələlərin yaratdığı faydasız yan təsir kimi izah edirdi.

Alimə görə, həmin əzələlər vaxtaşırı boşalmalıdırlar ki, qan yığılmasın; göz yaşının axması təkamül etmiş fiziki prosesin məqsədsiz nəticəsidir. (Buna baxmayaraq, o, uşaqların bilərəkdən ağlayaraq valideynlərinin diqqətini çəkməsini inkar etmirdi.)

Biz bilirik ki, ağlamaq - və ya yetkinlərin bənzəri gözyaşı axıtması - bir növ emosional məsələlərə qarşı mürəkkəb fizioloji cavabdır.

Burada ən mühüm xüsusiyyət, əlbəttə ki, göz yaşı axıtmaqdır. Lakin, buraya üz ifadələri və nəfəsalmanın dəyişməsi də daxildir. "Hönkürmək," misal üçün ağlayarkən sürətli nəfəs alma və vermə ilə müşayiət olunur.

Ağlamaq sağlamlığımız üçün yararlıdırmı?













Elmi nöqteyi-nəzərdən bu, ağlamaq ilə göz yaşı əmələ gətirən kimyəvi qıcığın - məsələn təsadüfən acı yemək yedikdən sonra əlini gözünə sürtmək kimi - fərqli şeylər olduğu anlamına gəlir.

Hətta, göz yaşları da fərqlidir. 1981-ci ildə Minnesota-dan olan psixiatr II William H Frey, kədərli kinolar zamanı yaranan göz yaşının tərkibində, soğan doğrayarkən yaranan göz yaşından daha çox protein olduğunu aşkarlayıb.

Komediya tamaşasını izlədikdə və ya toyda bəyin gəlinə verdiyi sözlərdən ibarət çıxışa qulaq asdıqda emosional göz yaşları melanxolik hisslə kifayətlənir.
Ağlamaq ilə bağlı olan hisslər hamımıza tanış olsa da, yetkin yaşda bunun niyə baş verdiyi haqqında çox bilgiyə sahib deyilik - amma, bu barədə çoxlu fikirlər mövcuddur.

Bunlardan biri də, yetkinlərin ağlamağı ilə körpələrin ağlamağı arasında sosial mənada fərqin olmaması ideyasıdır.

Başqa sözlə, çox güman ki, ağlamaq diqqət cəlb etmək, dəstəyə ehtiyac duymaq və ən çox ehtiyacımız olan anda dostlarımızdan kömək ummaq üçün bir çağırışdır.

Bəlkə də, daxili emosional vəziyyətimizi dil ilə ifadə edə bilmədikdə hərəkətə keçən bir prosesdir.

Bu, ağlamağın bəzi növlərini izah etsə də, bir çox araşdırmaçılar müəyyənləşdirblər ki, yetkinlər adətən tamamilə yalnız olduqda ağlayırlar.

Ola bilsin ki, ağlamaq "ikinci dərəcəli qiymətləndirmə" kimi xidmət edir, insanlara narahatlıqlarının dərəcəsini anlamaqda və öz hisslərini başa düşməkdə kömək olur - təhrikedici ideya olsa da, bəzi hallarda bunun doğru olduğu aşkardır.

Ağlamaq sağlamlığımız üçün yararlıdırmı?













Bir də boşalma ifadəsi var: ağlamaq insanı emosional olaraq stress verici vəziyyətlərdən yüngülləşdirir.

İdeya, təkcə Shakespeare-n sözləri ilə deyil, romalı şair Ovid-n dedikləri ilə də üst-üstə düşür: "Ağlamaq rahatlanmaqdır; kədər göz yaşları ilə yuyulur və bundan məmnun qalır."

Yunan filosofu Aristotel də ağlamağın "beyini təmizlədiyini" yazırdı.

1986-cı ildə ABŞ-n məşhur jurnal və qəzetləri üzrə araşdırmada bir psixoloq müəyyənləşdirib ki, ağlamaq haqqında olan məqalələrin 94%-i insanlarda psixoloji gərginliyinin azalmasına kömək olur.

2008-ci ildə 30 ölkə üzrə 4300 yetkin yaşlı gənc üzərində aparılan tədqiqatda, əksəriyyət bildirib ki, ağladıqdan sonra özlərini həm ruhi, həm fiziki baxımdan yaxşı hiss edirlər.

Bəziləri ağladıqdan sonra, heç bir dəyişiklik hiss etmədiklərini dediyi halda, bəziləri sonra özlərini daha pis hiss etdiklərini bildiriblər.
Görünür ki, fərq, sosial məzmundan asılıdır: məsələn, cəmiyyət içində ağlamaqdan utanan insan, tək və ya bir ən yaxın dostunun yanında ağlamaqla rahatlıq tapa bilər.

Tədqiqat həm də, ağlamağını saxlayan və ya gizlədən insanların daha sonra az rahatlama hissi yaşadığını aşkara çıxarıb.

"Ürəkdən ağlamaq" ifadəsi əbəs yerə deyilmiş, lakin, onun sosial dəstək məqsədi effektiv olaraq qalır.

Bu isə, yetkinlərin də uşaqlarla eyni səbəbdən ağladığı deməkdir: dostlar və ailədən kömək ummaq. (bbc)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler