» » Elmar Vəliyev MDB-nin nümayəndə heyəti ilə görüşdü

Elmar Vəliyev MDB-nin nümayəndə heyəti ilə görüşdü

Bölmə: Sosial
Elmar Vəliyev MDB-nin nümayəndə heyəti ilə görüşdü
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı MDB-nin nümayəndə heyəti ilə görüşüb. Elmar Vəliyev qonaqları Azərbaycanın qədim və zəngin mədəniyyətə malik, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yurdu olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Şəhər rəhbəri qonaqlara Gəncənin sosial-iqtisadi vəziyyəti, təhsil ocaqları, eləcə də mədəni həyatı barədə məlumat verib.

Elmar Vəliyev bildirib ki, Gəncə şəhərində 50-ə yaxın ümumtəhsil məktəbi fəaliyyət göstərir və onlardan 4-də rus dili tədris olunur. Şəhərdə 3 ali təhsil ocağı, peşə məktəbləri və liseylər fəaliyyət göstərir. Eyni zamanda şəhər sosial-iqtisadi inkişafı ilə də fərqlənir. Det-Al Alüminium Zavodu, Gəncə Avtomobil İstehsalat Birliyi və s. şəhər iqtisadiyyatının əsasını təşkil edir.

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Şvidkoy Mixail Yefimoviç rəhbərlik etdiyi nümayəndə heyəti adından səmimi qəbula görə icra başçısına minnətdarlıq bildirib.

Görüşün yekununda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Elmar Vəliyev MDB-nin nümayəndə heyəti ilə görüşdü

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler