» » Azərbaycanın gözəllik müsabiqəsinin qalibi də azadlıqda - Video

Azərbaycanın gözəllik müsabiqəsinin qalibi də azadlıqda - Video

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Azərbaycanın gözəllik müsabiqəsinin qalibi də azadlıqda - Video
“Həbsdən azadlığa çıxmaq elə hissdir ki, bunu sözlərlə ifadə etmək çətindi. Hələ də şokdayam və azadlıqda olduğuma inanmıram”.

Xalqinfo” xəbər verir ki, bunu Report-a açıqlamasında əfv sərancamı ilə azadlığa buraxılan Azərbaycanın gözəllik müsabiqəsinin keçmiş qalibi, model Qalina Babayeva deyib.

O qeyd edib ki, ev oğurluğu hadisəsinə görə məhkum olunub və 9 il müddətinə azadlıqdan məhrum edilmişdi: “Cəzamın bitməsinə 3 il 7 ay qalmışdı. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında adımın olduğunu eşidəndə çox sevindim. Buna görə dövlət başçısına dərin təşəkkürümü bildirirəm. Bu Novruz bayramı bizim ailə üçün ikiqat bayram oldu”.

Qeyd edək ki, Q.Babayeva 2002-ci ildə Türkiyədə keçirilən “Miss Şarm Azərbaycan-2002”nin qalibi seçilib. O, müsabiqədə qalib gəldikdən sonra jurnallarda fotosessiyalara çəkilib. Q.Babayeva daha sonra sponsoru olduğu şəxsin evindən qızıl-zinət əşyaları oğurlayıb. O, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler