» » Toy edənlərin nəzərinə-

Toy edənlərin nəzərinə- Video

Bölmə: Sosial
Toy edənlərin nəzərinə-
Toy karvanlarında avtomobilin dövlət nömrə nişanının üzərinə “Dostum evlənir”, “Dostumun toyudur”, “Xoşbəxt olun” kimi sözlərinin yazıldığı maşınlara tez-tez rast gəlirik.

İlk baxışda insana xoş təsir bağışlasa da, əslində burada ciddi qayda pozuntusu var.

ans tv-nin məlumatına görə, “Yol hərəkəti haqqında” Vyana Konvensiyasına və ölkəmizin milli qanunvericiliyinə əsasən, hər bir mexaniki nəqliyyat vasitəsinin, hətta onun qoşqusunun dövlət qeydiyyat nişanı olmalıdır. Yəni qeydiyyat nişanının üzərini bağlayan bu avtomobillər ciddi qayda pozuntusuna yol verir. Amma adət-ənənə qayda pozuntusu ilə müşahidə edilməməlidir.

Qonşu Türkiyədə də yaxınının xoş gününə sevindiklərini avtomobillərini bəzəməklə bildirirlər. Amma Türkiyədə belə maraqlı şüarları maşının üstünə yazırlar. Bizdə də dostunun ailə qurmasına sevinənlər maşının üstünü şüarlarla bəzəyə bilər. Çünki dövlət qeydiyyat nişanının üstünü bu yazılarla bağlamaq qanunvericiliklə qadağandır və İnzibati Xətalar Məcəlləsinə əsasən cəzası 4 bal, yəni 60 manatdır.

Toy karvanlarında qayda pozuntuları təkcə bundan ibarət deyil. Topa halında yola çıxan avtmobillər əks itsiqamətli yola keçməkdən çəkinmirlər. Bəzən isə nəinki qoşa xəttin tələbini pozur, hətta avtoşluq etməkdən də çəkinmirlər.

Bəzən isə bu hərəkətlər qəzasız ötüşmür.

Qəzalarla yanaşı toy karvanında iştirak edən avtomobillərin yol-hərəkət qaydalarını kobud şəkildə pozması süni sıxlığın, tıxacların yaranmasına da səbəb olur.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, toy karvanınıda olan avtomobillərin yol verdiyi qayda pozuntulurı bununla bitmir. Müşahidə kameraları ilə izlənən 61 toy karvanında 100-dən çox qayda pozuntusu qeydə alınıb. Bu ilin 8 ayı ərzində toy karvanında daxil olan avtomobillərin sürücülərindən 21 nəfəri təkcə dövlət qeydiyyat nişanının müxtəlif şüarlarla bağladığına görə inzibati məsuliyyətə cəlb edilib.

Dövlət Yol Polisi İdarəsində bundan sonra da bu hallara qarşı mübarizə aparılacaq və aşkar olunan faktlarla bağlı dərhal tədbir görüləcək. Odur ki, bu cür hallara yol verən sürücülər cəzasını da göz önünə alsalar yaxşı olar. Yəni toyda sevinərlər. Amma qanunu pozaraq sevinənlər əməllərinin məsuliyyətinə də hazır olmalıdırlar.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler